Accessibility links

ABŞ dövlət katibi Con Kerri Hindistanın maliyyə naziri Arun Caitley görüşüb. O, iki ölkə arasında inkişaf edən iqtisadi əlaqələrin mühümlüyünü vurğulayıb.

Kerrini ticarət katibi Penni Pritzkerin müşayiət edir. O, Delhidə Hindistanın ticarət sahəsində islahatları artırmasının dünya iqtisadiyyatını stimullaşdıracağını deyib.

Dövlət katibi bildirib ki, Hindistanın qaydalara uyğun şəkildə ticarət sitemini dəstəkləməsi ABŞ və digər dünya ölkələrinin investisiyasını cəlb edə bilər.

Bu gün Dünya Ticarət Təşkilatının islahatlarla bağlı tələbinin möhləti başa çatır.

Kerri bildirib ki, Hindistanın qanunla tənzimlənən ticarət sistemini dəstəkləməsi Birləşmiş Ştatlardan və digər ölkələrdən investisyaları ölkəyə cəlb edəcək.

Con Kerri cümə günü baş nazir Narendra Modi ilə görüşməyi planlayır. Hindu milliyətçisi olan cənab Modi may ayında seçkilərdə qələbə qazanana qədər Vaşinqton tərəfəndin müsbət qarşılanmırdı.

XS
SM
MD
LG