Accessibility links

Sifəti turşu ilə yandırılmış pakistanlı qız ABŞ vətəndaşı oldu [Video]


Bu yaxında ABŞ vətəndaşlığını qəbul edənlər arasında pakistandan 26 yaşlı üzü turşu ilə yandırılmış bir qız da var idi. Hyuston həkimləri bu qızın üzündə onlarla cərrahiyyə əməliyyatı keçirib. Andicmə məraisimdən sonra Juli Aftab özünü xoşbəxt hiss etdiyini deyir. "Bu sözləri 8 il yarım gözləmişəm. Onların mənim üçün böyük dəyəri var.”
Üzü turşu ilə yandırılan qız
please wait

No media source currently available

0:00 0:02:52 0:00
Direct link


On il əvvəl, 16 yaşlı Juli xristian olduğu üçün iki nəfərin hücumuna məruz qalıb. Hücumdan sonra onlar yalan şaiyələr yayaraq. Julinin islamı təhqir etdiyini deyib. Hücumçular onun ailəsi və özünü dəfələrlə təhdid edib. “Btün dostlarım məndən üz döndərdi. Evim yandırıldı.” deyə, o bildirir.

Son 8 ili bu pakistanlı qız xala və dayı adlandırdığı Li və Qloriya Ervinlə bərabər yaşayır. “Biz onun evimizdə olmasından olduqca məmnunuq.” deyə, Li bildirir.

Hələ də vətəni və ailəsi üçün darıxan Juli özünü orada doğma hiss etmir. “Mən pakistanlı olmağımdan utanmıram. Onlar mənim pakistanlı olmağımdan utanır. Onlar məni istəmir.”
Təhlükəsliyi təmin edilsə də Julini Pakistanda hüquqları pozulan qadınlar naraht edir.

Pakistandan olan digər yeni bir vətəndaş Navid İsa ölkəsində bir çoxlarının islamı təhrif etdiyini deyir. “İnsanlar bizim dinimizin nə öyrətdiyini dərk edə bilmirlər. Onlar Quran haqda heç nə bilmir. Quran hər bir insanın, hər bir dinə ehtirama çağırır. ”

Pakistan qanunvericilərinin sərt ölçülərinə baxmayaraq, qadınlar hələ də hücum hədəfidir.
Juli Amerikada işləyir, təhsil alır. Boş vaxtların kilsəyə gedir. İndi Juli digər yeni vətəndaşlar kimi diqqətini keçmişə deyil, gələcəyə yönəldib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG