Accessibility links

Hindistanda zavod fəhlələri ilə menecment arasında qanlı toqquşma baş verib


Polis deyir ki, şimali Haryana ştatında Hindistanın ən iri maşınqayırma zavodu Maruti Suzukidə fəhlələrlə menecment arasındakı toqquşmada azı bir adam ölmüş, onlarla adam xəsarət almışdır.

Zavod fəhlələr menecerlərə hücum etdikdən və firma mülkiyyətini yandırdıqdan sonra istehsalatı dayandırmağa məcbur olub.

Əməkçilərin həmkarlar ittifaqında bir işçinin cəzalandırılmasına etiraz etməsindən sonra baş verən toqquşma nəticəsində yaralanmış menecerlər və idarəçilər hospitala aparılıblar.

Həmin zavod ötən il tətillər üzündən böyük istehsalat itkiləri ilə üzləşmişdi
XS
SM
MD
LG