Accessibility links

Dehlidə keçirilən seçkidə baş nazir Modinin partiyası məğlub olub


Aam Admi partiyası 70 yerlik məclisə 56 yer qazanıb

Hindistan paytaxtında keçirilən yerli seçkidə anti-korrupsiya partiyası baş nazir Narendra Modinin partiyasını məğlub edərək qalib gəlib.

Hindistanın mərkəzi seçki komissiyası bildirib ki, Aam Admi partiyası Dehlinin 70-yerlik məclisinə digər 11 seçkidə üstünlük əldə edərək 56 yer qazanıb.

Cənab Modinin Bharatiya Janata partiyası cəmi 3 yer qazanıb. Bu isə Modinin ötən il baş nazir olmasından bəri partiyanın əldə etdiyi ilk uğursuz nəticədir.

Cənab Modi çərşənbə axşamı Aam Admi partiyasından Dehlinin yeni baş naziri olacaq Arvind Kecrivalla telefon söhbəti apardığını və federal hökümətin onu tam dəstəklədiyini bildirib.

Kecrivalın seçki kampaniyası proqramına korrupsiyaya qarşı mübarizə və fəhlə sinfini aşağı enerji qiymətləri ilə təmin etmək daxil idi.

XS
SM
MD
LG