Accessibility links

Hindistanda baş vermiş partlayışla bağlı araşdırmalar davam edir


Hindistanda baş vermiş partlayışla bağlı araşdırmalar davam edir
Hindistanda baş vermiş partlayışla bağlı araşdırmalar davam edir

Hindistanın milli təhlükəsizlik nazirliyi Mumbayda baş vermiş partlayışları törədənləri müəyyən etmək üçün müstəntiqlərin məhkəmə sübutlarını və video materialları nəzərdən keçirdiklərini deyib. R.K. Sinq rəsmilərin bombalardan biri yerləşdirildiyi ehtimal edilən velisoped-skuter aşkar etdiklərini deyib. Çərşənbə günü Hindistanın iqtisadi paytaxtında biri-birindən 20 dəqiqə fərqlə üç partlayış baş verib. Partlayışda 17 nəfər həlak olub, 133 nəfər yaralanıb. Təhqiqatçılar hadisə baş vermiş ərazilərdə çəkilmiş çox sayda video materialları, şübhəli insan və ya fəaliyyətləri nəzərdən keçirirlər.

XS
SM
MD
LG