Accessibility links

Hindistanlı anti-korrupsiya fəalı aclığı dayandıracaq

  • Amerikanın səsi

Hindistanlı anti-korrupsiya fəalı aclığı dayandıracaq

Hindistanlı anti-korrupsiya fəalı aclığı dayandıracaq

Hindistan parlamenti daha sərt anti-korrupsiya qanunlarının qəbulu barədə tələblərinə cavab verdikdən sonra iki həftədir aclıq edən fəal aksiyanı dayandıracağını deyir.

Anna Hazare aclığı bazar günü səhər dayandıracağını bildirib.

74 yaşlı fəalın aclıq aksiyasına cavab olaraq Hindistanın hakim Konqress partiyası ana müxalifətlə birgə şənbə günü parlamentin növbədənkənar sessiyasını çağırıb.

Sessiyadan sonra Malityyə Naziri Pranab Muxerci parlamentin Hazare tərəfindən irəli sürülmüş anti-korrupsiya qanununa dəstək verdiyini deyib. Hazarenin tələblərindən biri siyasətçilərin və hökumət rəsmilərinin fəaliyyətinə nəzarət edəcək müstəqil agentliyin təsis olunması idi.

XS
SM
MD
LG