Accessibility links

Hindistanın müqəddəs şəhəri Varanasidə bomba hücumu həyata keçirilib


Hindistanın müqəddəs şəhəri Varanasidə bomba hücumu həyata keçirilib
Hindistanın müqəddəs şəhəri Varanasidə bomba hücumu həyata keçirilib

Hadisənin insanların Qanqa çayında dini ritual olaraq yuyunmağa hazırlaşdıqları vaxt baş verdiyi deyilir

Dünən gücə Hindistanın müqəddəs şəhərlərindən biri olan Varanasidə həyata keçirilən bomba hücumu bir uşağın ölümünə, 37 nəfərin yaralanmasına səbəb olub. Rəsmilər hadisənin insanların Qanqa çayında dini ritual olaraq yuyunmağa hazırlaşdıqları vaxt baş verdiyini bildirmişlər. Partlayış zamanı qaçmağa çalışan insanların basırıq yaratması nəticəsində bir çox insanın yaralandığı deyilir. Rəsmilər yaralananlar arasında bir neçə xarici vətəndaşın olduğunu deyirlər. Hindistandakı Mücəheddin qrupu e-mail vasitəsi hücumun məsuliyyətini üzərinə götürdüyünü bildirib.

XS
SM
MD
LG