Accessibility links

Hindistanın şərqində sərnişin qatarı qəzaya uğrayıb


Hindistanın şərqində sərnişin qatarı qəzaya uğrayıb

Hindistanın şərqində sərnişin qatarı qəzaya uğrayıb

Sərnişin qatarının relsdən çıxaraq digər qatarla toqquşduğu deyilir

Polisin bildirdiyinə görə, ölkənin şərqində Maoçuların əli olduğundan şubhələnilən hücumun sərnişin qatarını relsdən çıxararaq digər qatarla toqquşmasına səbəb olub. Nəticədə azı 71 nəfər ölmüş, 200 nəfərdən çox adam isə yaralanmışdır. Qərbi Benqal ştatının polis rəisi Bupinder Singh Kolkatadan Mumbaya gedən sərnişin qatarında baş verən qəzanı maoçuların törətdiyinə əmin olduğunu deyib. Hindistanın Press Trust agentliyinin ilk məlumatında qatarda baş verən qəzanın məsuliyyətini Maoçuların dəstəklədiyi Polis Vəhşiliklərinə Qarşı Xalq Komitəsi adlı qrup öz üzərinə götürdüyünü bildirsə də, qrupun sözçüsü sonradan bu iddianı inkar edib.

XS
SM
MD
LG