Accessibility links

Hindistanın sərnişin təyyarəsi qəzaya uğrayıb


Təyyarə qəzasının Hindistanın Karnataka ştatındakı Manqalor aeroportunda baş verdiyi deyilir

Hindistanın cənubunda, Karnataka ştatındakı Manqalor aeroportunun uçuş zolağına enəndən sonra təyyarə qəzaya uğramış və nəticədə 159 sərnişin ölmüşdür. Rəsmilər təyyarə qəzasından 8 sərnişinin sağ çıxdığını və xəstəxanaya aparılarkən onlardan birinin öldüyünü bildirmişlər. Dubaydan qayıdarkən qəzaya uğrayan təyyarədə hamisi hindistanlı olmala 160 sərnişinin və 6 ekipaj üzvünün olduğu deyilir. Sağ qalan sərnişinlərin dediklərinə görə, təyyarə yerə endikdən sonra fusilyaj ikiyə bölünmüş və təyyarədə yanğın baş vermişdir. Mülki aviasiya naziri Praful Patel bildirib ki, qəza ilə bağlı təhqiqat aparılır.

XS
SM
MD
LG