Accessibility links

Hindlilərin gəlirləri də digər qruplardan yüksəkdir

Amerikadakı dini qurum nümayəndələri arasında ən yüksək sosial-iqtisadi göstəricilərə hindiustlər malikdir.

Pyu Araşdırma Mərkəzinin keçirdiyi araşdırmalara görə, hinduist dininə mənsub olan etnik qrupun nailiyyətini ABŞ-ın mühacirət qanunları mümkün edib. 1965-ci il Mühacirət Aktı və H1-B vizaları həkimlər və mühəndislər daxil edilməklə, peşəkar mühacirləri Amerikaya gəlməyə təşviq edib.

1990-cı illər və 2000-ci ilin əvvəllərində Hindistandan mühacirət axını ciddi şəkildə artıb. H1-B vizalarının yarıdan çoxu məhz hindistanlılara verilib

Hinduist amerikalıların 85 faizi ali təhsilə, 57 faizi isə elmi dərəcəyə malikdir. Bu isə milli göstəricilərdən 5 dəfə artıqdır.

Onların gəlirləri də digər qruplardan yüksəkdir. Hinduist ametikalıların 48 faizi ildə 100 mindən, 75 faizi isə 75 mindən artıq gəlir əldə edir.
XS
SM
MD
LG