Accessibility links

Hip-Hop və Din [Video]


Elə görünə bilər ki, müasir mədəni fenomen olan hip-hopun dinlə heç bir əlaqəsi yoxdur. Amma Rays Universitetinin iki professoru iki anlayış arasında çox sayda oxşarlıq görür. Əslində onlar bununla bağlı bir sinif açıblar və hətta mühazirələrinin videolarını hazırlayıblar ki, dünyanın hər bir guşəsindən insanlar onlayn dərslər ala bilsinlər.

Ban B ləqəbi ilə tanınan hip-hop repçisi Bernard Friman, hip hop və dinin həyatın əsas sirlərini araşdırdığını deyir.

“Hip-hop həyatla bağlı çətin sualları araşdırır - Biz niyə burdayıq? Bizim məqsədimiz nədir? Biz kimik? Biz mədəniyyətdən fərqli nəsihətlərdən istifadə edərək insanlara bu problemlərlə mübarizə etməyə və suallarına cavab tapmağa yardım edirik.”

Bun B Rays universitetinin professoru Antoni Pin-lə birgə hip hop və din adlı dərs tərtib edib. Entoni inamın uzun zamanlar musiqi vasitəsilə ifadə olunduğunu deyir.

“Tarix boyu kilsələr incəsənətin himayədarları olub. İnsanları motivasiya edən musiqi əsrlər boyu kilsələrin himayəsində olub.”

Pin Roma İmperiyasının bir tərəfində balaca yəhudi məzhəbi olaraq yaranan xristianlıq və Nyu-Yorkdakı zorakılıqlara cavab olaraq yaranan hip hop arasında oxşarlıqlar görür.

Tarix boyu kilsələr incəsənətin himayədarları olub. İnsanları motivasiya edən musiqi əsrlər boyu kilsələrin himayəsində olub

“Şəhər dağıntılarında yaşayan insan və şəxsiyyətlərin yaratdığı Hip Hop mədəniyyəti bizim dünyanı təsvir etməyimizi dəyişir.

Reymond Kano və Dmitri Lyuk hip hop və hin dərsini götürüblər və dərsin faydalı, amma bir o qədər də çətin olduğunu deyirlər.

“Öyrənməyə həvəsli, mövzu ilə maraqlanan, və əmək sərf etməyə hazır insanlar üçün bu, əla dərsdir.”

Dmitri Lyuk dərsin hətta tələbələrin üzləşdiyi sosial problemlərİ və iqtisadi çətinlikləri araşdırdığını da deyir.

“Artıq iş tapmaq və Amerika arzusunu yaşamaq əvvəlki kimi asan deyil. Fikrimcə hip hop da bu arzunun mümkünlüyünü sorğulayır.”

Hər iki tələbə bu dərs sayəsində din və inanc haqda bir çox şey öyrəndiyi deyir.

Rays Universitetinin bu dərsləri onlayn yerləşdirməsi sayəsində artıq dünyanın hər bir yerində tələbələr dərsə yazılmaq və bütün dünyaya yayılmış hip hop mədəniyyəti ilə dünya dinlərinin dərin ənənələri arasındakı əlaqələri kəşf etmək imkanları olacaq.

XS
SM
MD
LG