Accessibility links

Bu gün Yaponiyada Hirosima nüvə hücumunun ildönümü qeyd edilir. Bombanın düşdüyü Sülh Parkına 50 mindən artıq insan toplaşıb.

Şəhər meri Kazumi Matsui may ayında prezident Obamanın etdiyi kimi dünya liderlərini bu yeri ziyarət etməyə çağırıb.

İnsanlar hadisə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıb.

Obama hücum yerini ziyarət edən ilk ABŞ prezidentidir. O, hücuma görə üzr istəməsə də, prezident Harri Trumanin qərarını təkrar etməyəcəyini bildirib.

Avqustun 6-ı Birləşmiş Ştatların Yaponiyanın Hirosima şəhərinə atom bombası atmasından 71 il keçir.

Hücum 140 minə yaxın insan həyatı bahasına başa gəlib.
Naqasaki şəhərinə atılan ikinci atom bombasının partlayışı şəhərin təxminən 70 min sakininin ölümünə səbəb olmuşdu.

Vaşinqton hücumların İkinci Dünya Müharibəsinin sona çatmasını sürətləndirmək üçün zəruri olduğunu bildirmişdi. Naqasakidə bomba hücumundan altı gün sonra Yaponiyanın təslim olması ilə müharibə sona çatmışdı.

XS
SM
MD
LG