Accessibility links

1936-cı il Olimpiya oyunları Adolf Hitlerə özünü təbliğ etməyə fürsət verdi [Video]


1936-cı ildə Berlin Olimpiya Oyunları Adolf Hitlerə özünü reklam etmək üçün ideal fürsət vermişdi. Kinorejissor Leni Rifenştalın məşhur Olimpiya filmi idmanın qüdrəti və oyunların siyasi kontekstindən bəhs edir.

Berlin civarlarında alimlər 3 878 idmançının yaşadığı və məşq etdiyi kəndi bərpa etməyə çalışırlar. Döyçe Kredit Bankından Cens Beker bərpa işlərini maliyyələşdirənlərdən biridir. O, Amerikanın Səsinin müxbirinə idman şəhərciyini göstərib ki, təkcə buradakı hovuzun təmiri 2.7 milyon tələb edir. “Mənim fikrimcə bu şəhərcik Almaniyada o qədər də tanınmır. Bu, bir sirr idi. Lakin buraya gələn insanlar 75 il bundan əvvəl baş verənləri biləndə, təəccüblənirlər.” - deyə, o bildirir.

Burada, amerikalı qaçışçı Cessi Ovensin yaşadığı bina artıq təmir edilib. Sərgilərdə hekayəsi danışılan dörd qızıl medal sahibi, alabamalı idmançı Ari irqinin hamıdan üstün olduğunu deyən Adolf Hitlerin olimpiada ilə bağlı bütün ümidlərini puça çıxarmışdı. Pərəstişkardan Ovensə yazılan məktubda medalların “qanlı əllərdən” almamasını məsləhət görüb. Lakin Ovens məktubu almayıb. Məktub Almaniyanın gizli polisi - Gestapo tərəfindən ələ keçirilib.

Bu şəhərciyə hər gün onlarla turist gəlir. Yerli məktəbliləri buraya vətənlərinin tarixini öyrənmək üçün gətirirlər.

“Biz buranı, “Sülh şəhərciyi” adlanan yeri nümayiş etdirməyə çalışırıq. Lakin Nasist təbliğatı burada sona çatmadı.” – deyə, Cens Beker bildirir.

Bu şəhərcikdə militarizmin qalıqlarını görmək olur. Buradakı teatr binasının divarlarında addımlayan Almaniya əsgərini görürük.

Olimpiya oyunları başa çatdıqdan və idmançılar şəhərciyi tərk etdikdən sonra buraya yüzlərlə əsgər yerləşdirildi. Buradakı Millətlərin Nahar Zalından Almaniya ordusunun İkinci Dünya Müharibəsi zamanı yaralanan əsgərləri üçün hospital kimi istifadə edildi.

1945-ci ildə, Sovet ordusu gəldikdən sonra isə divarlarda Kommunist təbliğatlnı əks etdirən Sovet ordusu, Çəkic və Oraq, Almaniya parlamentinin oraqlı bayrağı kimi rəsmlər təsvir edilib.

1992-ci ildə Kommunist rejimi süquta uğrayandan sonra bu şəhərcik on ildən çox baxımsız qalıb. Bu yaxınlarda Londonun olimpiya oyunlarından qayıtmış alman idmançılar gələn ay burada turnir keçirəcəklər. Məqsəd 20-ci əsrin canlı muzeyini qurmaqdır.
XS
SM
MD
LG