Accessibility links

Rəsmi statistikaya görə, Azərbaycanda HİV ilə 3000 insan yaşayır


Zülfiyyə Mustafayeva

Zülfiyyə Mustafayeva

Rəsmi statistikaya görə, Azərbaycanda HİV ilə 3000 insan yaşayır. Bu, real vəziyyəti əks etdirirmi? Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva gizli epidemiyaya yoluxanların sayının qat-qat artıq olduğunu bildirir.

Azərbaycanda HİV-lə mübarizənin maliyyə məsələrinə söykəndiyini deyən Zülfiyyə xanım maarifləndirilmənin də qənaətbəxş olmadığlından şikayətlənib.

Aşkar olunmayan və özlərinin xəstəliyindən xəbərsiz olan yüzlərlə insanın mövcud olduğunu deyən Zülfiyyə Mustafayeva xəstələrin aşkarlanması və qeydiyyata alınmasının vacuibliyini önə çəkib.

Dövlət Büdcəsi və dünyanın ən böyük donoru olan Qlobal Fond Azərbaycanda HİV ilə mübarəzinin maliyyəçiləridir.

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva ilə müsahibəyə aşağıda qulaq asın.

XS
SM
MD
LG