Accessibility links

QİCS-lə mübarizə davam edir [Video]


Hazırda təşkilat HİV virusu olan xəstələrə ağ qan hüceyrələri CD4 həddinə çatmazdan əvvəl anti-retrovirus preparatları qəbul etməyi məsləhət görür.

Castinta Uengeci hər gün xəstəliyi ləngidən, ARV kimi tanınan anti-retroviral qəbul edir. İki uşaq anası NİV virusu ilə artıq 11 ildir yaşayır. O, dərmanını Nairobi yaxınlığındakı Yerli Səhiyyə Mərkəzindən pulsuz alır. Lakin başqa probvlemlə var.

“Bu dərmanları qəbul etdikdən sonra yeməyin olub-olmamasından asılı olmayaraq. Sən vaxtında yeməlisən. İkinci əsas məsələ isə ondan ibarətdir ki, dərmanı qəbul edən vaxt səndə HİV olduğunu gizlətməli olduğun üçün yanında heş kim olmamalıdır” deyə, Castina bildirir.

QİCS-lə Milli Mübarizə Şurasının dediyinə görə, Keniyada 1.6 milyon insanda HİV virusu var və onların yalnız yarısı müalicə alır.

Dünya Səhiyyə Təşkilatının yeni qaydalarına görə, Keniyada ARV preparatı azı iki dəfə artırılmalıdır. Hökumət xəstələri koardinasiya etmək üçün yeni rəqəmsal anketlərdən istifadə etməyə başlayıb. Bu anketlərdən istifadə edənlər nə qədər insanın HİV/QİCS xəstəliyinə yoluxduğunu, onlardan neçəsinin dərman qəbul etdiyini və yerli səhiyyə məntəqələrində dərmanların sayının nə qədər olduğunu bilir. Hökumət ARV preparatlarının ölkəyə gətirilməsinin problem olmadığını deyir.

((Dr. IRENE MUKUI, NATIONAL AIDS AND STI CONTROL PROGRAM (In English)

“Bizim ən azı 6 aylıq ARV preparatımız var və biz bu preparatı lazımi yerlərə hər ay çatdırırıq.”

Lakin insanları yoxlanışa cəlb etmək problemdir. Rəsmilər Keniyada HİV virusu olan insanların sayının 1.5 milyondan çox və erkən müzlicənin böyük faydasının olduğuna inanır.

XS
SM
MD
LG