Accessibility links

Amerika həkimlərinin QİÇS-ə səbəb olan HİV virusu ilə doğulan uşağın standart dərman müalicəsi müsbət nəticə verib. Belə ki, bu terapiyadan sonra uşaq müalicə olunub. Həkimlər bunu tam sağalma deyil, finksional sağalma adlandırır.

Hazırda 2 yaşı olan mississippili qız HİV-yə qarşı eyni zamanda 3 dərman qəbul edib. Həyata göz açdığı ilk 30 saatdan sonra başladılan müalicə böyük nailiyyət hesab edilir.

Həkimlər uşağın artıq ömürlük müalicəyə ehtiyacı olmayacağını deyir. Adı açıqlanmayan körpənin anası HİV virusu daşıyıcısı olduğunu yalnız doğuşdan əvvəl öyrənib.

10 aydır heç bir dərman qəbul etməyən qızın qan təhlillərində virusun mövcudluğuna dair heç bir göstərici əldə edilməyib.

Alimlər digər xəstə uşaqlarda da eyni nailiyyət əldə edilməsi üçün əlavə testlərə ehtiyac olduğunu bildirir.

Təkcə 2011-ci ildə dünyada 300 min körpə HİV virusu ilə doğulub. Onların 60 faizi virusun daşıyıcısı olan analarından yoluxub. ABŞ-da doğumdan öncə aparılan testlər bu halların qarşısının alınmasına yardım edir.

San-Fransisko sakini Timoti Rey Braunun olduqca riskli ilik transplantasiyası əməliyyatından sonra QİÇS xəstəliyindən tamamilə sağalması yeganə faktdır. Əməliyyatdan 5 il keçir və onun heç bir dərman qəbul etmədiyi deyilir.
XS
SM
MD
LG