Accessibility links

HİV virusuna yoluxanların sayı 52% azalıb


BMT-nin QİÇS-lə bağlı son hesabatında deyilir ki, 2001-ci illə müqayisədə HİV virusuna yoluxanların sayı 52 faiz azalıb.

Bu nailiyyətə HİV virusu daşıyan hamilə qadınların dərmanlarla təmin edilməsi səbəb göstərilir.

BMT-nin QİÇS-lə mübarizə şöbəsinin müdir müavini Maheş Mahalinqamın bildirdiyinə görə, hamilə qadınların 62 faizi hazırda dərman qəbul edir ki, bu da öz növbəsində dünyaya gələn körpələrin xəstə doğulmaq ehtimalını azaldır. 10 il əvvəl yarım milyon uşaq bu xəstəliklə doğulurdusa, hazırda bu göstərici 260 min nəfər təşkil edir.

BMT-nin QİÇS-lə bağlı hesabatında deyilir ki, aşağı və orta gəlirli ölkələrdə 9.7 milyon insan antiretroviral dərmanlarla təmin edilir.

2012-ci ildə dünyada HİV virusu ilə 35.5 milyon insan yaşayırdı. Onların 1.6 milyonu dünyasını dəyişib. Dünyanın bu xəstəliyə yoluxan ən ağır bölgəsi Böyük Səhraaltı ölkələrdir. Dünya boyu xəstələrin 75 faizi bu bölgənin payına düşür.

Hesabatda qeyd edilir ki, Şərqi Avropa və Yaxın Şərq ölkələrində HİV virusu daşıyıcılarının sayı artır. Ukraynada bəzi inkişaflar qeydə alınsa da, digəg ölkələrdə inyeksiya yolu il yoluxma halları vüsət alıb.

İnkişaf etmiş ölkələrin bəzisində HİV virusunu yayanlar homoseksuallardır.

ABŞ və Avropada QİÇS xroniki xəstəlik hesab edilir.
XS
SM
MD
LG