Accessibility links

Jurnalist Seymur Həzi 5 il müddətinə həbs edilib [Video]


Jurnalist Seymur Həzi 5 il müddətinə həbs edilib
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Jurnalist Seymur Həzi 5 il müddətinə həbs edilib

Bu iş üzrə digər təqsirləndirilən şəxs – Həzini davaya təhrik edən Məhərrəm Həsənov cəmi 6 ay həbs cəzası alıb

Bu gün Abşeron Rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” internet verilişinin aparıcısı Seymur Həzini xuliqanlıqda təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib.

Bu iş üzrə digər təqsirləndirilən şəxs – Həzini davaya təhrik edən Məhərrəm Həsənov cəmi 6 ay həbs cəzası alıb.

Jurnalistin vəkili Adil İsmayılov yekun sözündə bildirib ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi bütün ittihamları və dəlilləri təkzib edib. Bundan başqa, iş üzrə şahidlər və “zərərçəkmişlər” ittihamları təkzib ediblər.

Normal məhkəmə Həziyə bəraət verməlidir. Əks halda bu o deməkdir ki, jurnalist müxalifət partiyasının fəalı və hakimiyyətin tənqidçisi kimi siyasi motivlərlə təqib olunur.

Həzi özü bir daha bildirib ki, dünən istintaq təcridxanasında əlindən alınmış son sözünün mətnini ona qaytarmayıblar.

“1937-ci ildə babalarım repressiyaya məruz qalıb. İndi bizi KQB generalı Heydər Əliyevin yaratdığı sistem repressiyaya məruz qoyur. Bizim mübarizəmiz hakimiyyət və müxalifət mübarizəsi deyil, xeyir və şər mübarizəsidir. Dövlət hüquqa və ədalətə əsaslanır və biz Azərbaycanda dövləti bərpa edəcəyik”, deyə Həzi bildirib.

Daha sonra o, Azərbaycandakı rejimi Yakobin diktaturası ilə müqayisə edib, lakin hakim Şövkət Nəcəfova onun sözünü kəsərək, mahiyyəti üzrə danışmağa çağırıb.

Bununla belə, Həzi bildirib ki, “Azərbaycan saatı” verilişlərində hökumətin cinayətlərini ifşa etdiyinə görə onun həbsini İlham Əliyev özü və administrasiya rəhbəri Ramiz Mehdiyev sifarş edib.

Müşavirədən sonra hakim hökmü elan edib: Həzi 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmaqla, 5 il azadlıqdan məhrumetmə cəzası alıb.

Həsənov isə eyni maddə ilə cəmi 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.

Bir müddət əvvəl prokuror Həzinin 6 il, Həsənovun 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2014-cü il avqustun 29-da avtobus dayanacağında Məhərrəm Həsənov jurnalistə yaxınlaşıb və onu təhqir etməyə başlayıb. Daha sonra o, Həziyə hücum edib və onu döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücumçuya əlindəki butılka ilə zərbə endirib. Elə həmin an polis gəlib, Həzini saxlayıb və şöbəyə aparıb.

Seymur Həzi müxalif “Azadlıq” qəzetinin aparıcı icmalçılarından biri, habelə ölkə hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” internet televiziyasının aparıcısıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG