Accessibility links

HİV virusu yaddaş probleminə yol açır

Tədqiqatçılar bildirir ki, HİV-yə yoluxmuş insanların 50 faizdən çox hissəsində həyat boyu yaddaş zəifliyi və depressiya kimi simptomların yaranma səbəblərini müəyyən ediblər.

İnsanlar QİÇS-ə səbəb olan HİV virusuna yoluxan kimi virus qan damarlı vasitəsilə beyinə gedir. Tədqiqatlar insan beyninin virus üçün rezervuar rolunu oynadığını göstərib. Bu virus vacib zülallarla beyin hüceyrələrinin, yaxud neyronların sağlamlığına müdaxilə edir. Bu isə öz növbəsində neyronların davamlı şəkildə məhv olmasına və nəticədə beyinin öz funksiyasını itirərək yaddaş zəifliyi sindromunun yaranmasına yol açır.

Corctaun Universitetinin tibb mərkəzində nevrologiya üzrə tədqiqatçı içləyən Alesiya Başis deyir ki: “Virusa qarşı dərman pereparatları istifadə edən insanların qanında onun görünməməsinə baxmayaraq, onun hələ də beyində mövcud olduğu və hələ də beyin hüceyrələrini məhv etmək qabiliyyətinə malik olduğu öyrənilib. Yalnız virus neyronları məhv edir, bundan başqa heç bir şeyin rolu yoxdur.”

Alesiya Baçis uzun müddətdir ki, QİÇS virusunu tədqiq edir. Onun komandasının araşdırması nəticəsində məlum olmuşdur ki, HİV virusuna yoluxmuş xəstənin beyni zədələnmiş neyronların mövcudluğuna əyani sübutdur, normal insan beynindən fərqli olaraq buna adətən yaşlı insanlarda daha çox rast gəlmək olur.

Qay Aykin Amerika Səhiyyə Yardımı Fondunun Elmi İşlər şöbəsinin vitse-prezidentidir. Onun işlədiyi təşkilat yaşla bağlı degenerativ xəstəliklərin müalicə olunmasını araşdırır.
Qay Aykin deyir ki: “HİV beyində blokada yaradaraq bədəndə pis proteinin yığılmasına səbəb olur. Onlar bir daha yaxşı proteinə çevrilə bilmədiyi üçün bizdə proteinin yaxşı forması daha az, pis forması isə daha çox olur, bu isə beyin hüceyrələrini zəhərləyir.”

Alesiya Baçis deyir: “Bu, insanı daha da zəiflədir. Elə bil Parkinsonla və Alzhemerin qarşışğıdır. Yaddaş zəifliyinin bu növündən sonra xəstələr vegetativ vəziyyətə düşür.”

Virusa qarşı pereparatlarla müalicə edildikdən sonra HİV virusu daşıyan xəstələrin yalnız iki, ya da üç faizində yaddaş zəifliyinin ən ağır forması aşkar olunub. Lakin müalicə olunmadıqda xəstələrin təqribən 30 faizində bu əlamətlər müşahidə edilir.

Baçis deyir ki, Corctaun universitetinin tədqiqatı xəstəliyin müalicə olunmasında çox vacib rol oynayır: “Misal üçün nəzəriyyədə kimsə kiçik molekulu inkişaf etdirərək terapevtik vasitə kimi dərman şəklinə salıb HİV-yə düçar olanlara verə bilər.”

Aykin bu fikirlə razılaşır: “Həqiqətən də məsələyə biznes tərəfdən baxsaq, əgər dərman şirkətləri iki xəstəliyin dərmanını bir dərmana ödəyəcəkləri pulla alsalar, bu dərman şirkətləri üçün irəliyə doğru çox vacib addım olacaq.”

Mütəxəssislər bildirirlər ki, HİV virusu daşıyan insanların daha uzun ömür sürə biləcəyi nəzərə alınsa, bu araşdırma yaddaş zəifliyindən müalicə olunmaq üçün böyük ümidlər verir.
XS
SM
MD
LG