Accessibility links

Homs şəhərində iki nümayişçi öldürülüb (Yenilənib)


Suriyanın xarici işlər naziri Valid əl-Müəllim Qırmızı Xaç rəbəri Jakob Kellenbergerlə görüşür
Suriyanın xarici işlər naziri Valid əl-Müəllim Qırmızı Xaç rəbəri Jakob Kellenbergerlə görüşür

Suriya insan haqları fəalları deyirlər ki, hökumət qüvvələri ölkənin mərkəzi və şimali şəhər, kəndlərinə daxil olaraq 3 nəfərin həyatına son qoyublar. Hücumlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezident Bəşar əl-Əsədlə görüşü ərəfəsinə təsadüf edir.

Fəalların məlumatına görə, Suriya qoşunları Homs şəhərinə hücum edərək burada üç nümayişçini öldürüblər. Onlar habelə bildirir ki, qüvvələr Ain Əl-Bayda şəhərində Türkiyə sərhədini keçərək ölkədən qaçmağa çalışan bir nəfəri odlu silahdan açılan atəş nəticəsində qətlə yetiriblər.

İnsan haqları qrupları bildirirlər ki, bazar günü təhlükəsizlik qüvvələri Suriya boyu reydlər keçirərək 14 nümayişçini qətlə yetiriblər. Qətllərdən 8-i İdlib vilayətində, dördü isə Həma şəhəri yaxınlığında baş verib.

Ötən həftə Həmanın baş prokuroru nümayişçilərin tərəfinə keçdikdən sonra burada vətəndaşlar üzərinə basqılar intensivləşib.

Qırmızı Xaçın rəhbəri Jakob Kellenberger bazar günü xarici işlər naziri Valid əl-Müəllimlə görüşdü. Görüşün məqsədi yaralılara tibbi xidmət göstərilməsi və məhbuslara çıxış əldə etmək idi.

XS
SM
MD
LG