Accessibility links

İsrail rəsmiləri deyirlər ki, fələstinli militantlar Qəzzadan İsrailin cənubuna 50 raket atıblar. Bu, son ayların ən iri hücumu sayılır.

İsrail hücumlara görə Həması qınayaraq militant təşkilatın nəzarət etdiyi Qəzza Zolağına hava zərbələri endirib. Militant qrupun lideri sonradan hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

İsrail və Fələstin rəsmiləri bir neçə adamın yaralandığını deyirlər. israili xarici işlər naziri Aviqdor Liberman Qəzza hüucumuna görə BMT-yə şikayət edib.

Üç gün öncə İsrail təyyarələri Qəzzada təhlükəsizlik idarəsinə hücum edərək orada iki Həmas üzvünü öldürmüş, dördünü yaralamışdılar.

XS
SM
MD
LG