Accessibility links

Əhməd Cənnəti: Kimi isə vəzifədən çıxarırlar, deyirlər ki, ağa əmr edib


Əhməd Cənnəti: Kimi isə vəzifədən çıxarırlar, deyirlər ki, ağa əmr edib
Əhməd Cənnəti: Kimi isə vəzifədən çıxarırlar, deyirlər ki, ağa əmr edib

İran İslam Respublikasının Konstitusiyaya Nəzarət Şurasının sədri ad çəkmədən ölkə prezidenti Mahmud Əhmədinejada və onun komandasına qarşı bəyanatlar səsləndirib.

İran İslam Respublikasının Konstitusiyaya Nəzarət Şurasının sədri ayətullah Əhməd Cənnəti konkret ad çəkmədən ölkə prezidenti Mahmud Əhmədinejada və onun komandasına qarşı bəyanatlar səsləndirib.

“Media forum” saytının məlumatına görə, mayın 13-də Tehran cümə namazına rəhbərlik edən Əhməd Cənnəti deyib ki, xalq və sistem ayıq olmalı, yolunu azmış cərəyanın hər bir hərəkətini nəzarət altında saxlamalıdır: “Onların bu işləri, bir sıra mənfur siyasi məqsədləri uğrunda pul yığması, pul paylaması xalqın gözündən yayınmır. ETTELAAT rəhbərinin işdən çıxarılması və dini rəhbərin onu yenidən postuna qaytarmasından sonra bu məsələ ölkə ictimaiyyətinin diqqətini cəlb etdi. Həm daxildə, həm də xaricdə toy-bayram edib, güman etdilər ki, bununla da hakimiyyət daxilində ixtilaf və nifaq yaranacaq. Biz bu hadisəni gözləmirdik. Lakin bu baş verdi.

Təkcə müharibə acı deyil. Psixoloji müharibə də belədir. Bu da fitnəçilərin başlatdığı, sonu xeyirlə bitən bir müharibə idi. Lakin daxili və xarici düşmənlər belə hadisələrin törənməsinə sevinməməlidirlər. Onlar bilməlidirlər ki, bizim xalq heç kəslə ömürlük qardaşlıq əhdi bağlamayıb. Onlar bilməlidirlər ki, bu məmləkət “Vəliyyi fəqih” (Xamneyi) məmləkətidir.

Bu gün bəzi şəxslər öz mənfur siyasi məqsədləri üçün “Vilayəti fəqih”i istədiyi kimi təfsir edirlər. Halbuki bu, alimlərin və islamşünasların işidir. Heç kəsin “Vilayəti fəqih”i öz siyasi maraqlarına uyğun təfsir etməyə ixtiyarı yoxdur. Bu gün bir sıra səbəblərə görə onlara qarşı tədbir görmək məsləhət olmasa da, bir gün xalq və sistem onlarla haqq-hesab çəkəcək.

Bunlar bir tərəfdən pul və əlaqə vasitəsilə fəaliyyət göstərir, digər tərəfdən də əcnəbilərə üz verib, amerikalılara yaşıl işıq göstərir, qanunsuz və xoşagəlməz işlərlə məşğul olurlar. Bir gün kimisə vəzifədən çıxarırlar, səbəbini soruşanda da deyirlər ki, bunu ağa əmr edib. Bunu eşidən şəxs “ağa” eşitdikdə elə güman edir ki, söz dini rəhbərin əmrindən gedir, lakin o dönüb deyir ki, yox, ağa İmam Zamanın (12-ci imamı Həzrət Mehdi) əmri ilə onu işdən azad etmişəm”.

Son vaxtlar İranın dini rəhbəri ilə prezidenti arasında ixtilafın yarandığı barədə xəbərlər yayılır. Bu xəbərlər ETTELAAT rəhbərinin istefası və dərhal postuna qaytarılması hadisəsindən sonra intensivləşib. Aprelin 17-də ETTELAAT rəhbəri Heydər Moslehi istefa versə də, dini rəhbərin göstərişi ilə dərhal öz postuna qaytarılıb.

XS
SM
MD
LG