Accessibility links

Əhməd Davudoğlu: "ABŞ-ın nüvə sammitində Azərbaycanın iştirakının müsbət nəticələri olardı"

  • Bulut Mehmandarli

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtondakı görüşlərini yekunlaşdırdıqdan sonra mətbuat konfransı keçirib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın bu həftə ABŞ-da keçirilən nüvə sammitində iştirak etməməsi böyük bir nöqsan idi və Türkiyə bu məsələni ABŞ rəsmiləri nəzdində müxtəlif səviyyələrdə dəfələrlə qaldırıb və Azərbaycanın iştirakının zəruri olduğunu bildirib, bu barədə əlindən gələni edib. O deyir ki, ancaq axırıncı qərar ev sahibi olan ölkə kimi ABŞ-ın idi.

O deyir ki, bir tərəfdən baxanda cənab Sarkisyanın, Türkiyə nümayəndələrinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin burada iştirakı yaxşı bir fürsət idi. Əgər cənab Əliyev də burada olsaydı, bunun indiyə qədər keçirdiyimiz görüşlərə müsbət təsiri olardı.

Türkiyə xarici işlər naziri beləliklə mühüm bir fürsətin əldən verildiyini desə də, Türkiyə nümayəndə heyətinin ABŞ-a səfərindən əvvəl baş nazirin xüsusi elçisinin Bakıya göndərildiyi, bununla cənab Əliyevin müxtəlif məsələlər barədə mövqeyi haqqında son məlumatların öyrənildiyini qeyd edib.

Bunu da xatırladaq ki, cənab Davudoğlunun Azərbaycan rəsmiləri ilə görüşmək üçün bazar ertəsi günü Bakıya gedəcəyi bildirilir. Media xəbərlərində onun ABŞ-dan Azərbaycana mesaj apardığı deyilir.

XS
SM
MD
LG