Accessibility links

Əhməd Ruzbehani: Hicabsızlığa qarşı mübarizə dayanmayıb


Əhməd Ruzbehani: Hicabsızlığa qarşı mübarizə dayanmayıb

Əhməd Ruzbehani: Hicabsızlığa qarşı mübarizə dayanmayıb

Avtomobillərin içində başıaçıq gəzən qadınların avtomobilləri saxlanılacaq, özləri isə polis bölmələrinə cəlb ediləcək. Polisin küçə və meydanlarda, parklarda, əyləncə mərkəzlərində və digər ictimai yerlərdəki nəzarəti də gücləndiriləcək.

“Bəziləri güman edir ki, polisin hicabsızlığa qarşı fəaliyyəti dayandırılıb. Halbuki belə deyil. Müəyyən ləngimə ola bilər, ancaq mübarizə dayanmayıb”. “Media forum” saytının məlumatına görə, İran İslam Respublikası Əxlaq Təhlükəsizliyi Polisinin rəisi Əhməd Ruzbehani mayın 9-da jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, bu il əxlaq təhlükəsizliyi layihəsini həyata keçirmək üçün polisin fəaliyyəti daha da gücləndiriləcək, layihənin reallaşdırılmasında 70 min polis əməkdaşı iştirak edəcək: “Avtomobillərin içində başıaçıq gəzən qadınların avtomobilləri saxlanılacaq, özləri isə polis bölmələrinə cəlb ediləcəklər. Polisin küçə və meydanlarda, parklarda, əyləncə mərkəzlərində və digər ictimai yerlərdəki nəzarəti də gücləndiriləcək”.

XS
SM
MD
LG