Accessibility links

Əhmədinejad: Bir neçə gün evdə oturmağımın səbəblərini ürəyimdə saxlayacağam


Əhmədinejad: Bir neçə gün evdə oturmağımın səbəblərini ürəyimdə saxlayacağam

Əhmədinejad: Bir neçə gün evdə oturmağımın səbəblərini ürəyimdə saxlayacağam

İran prezidenti Mahmud Əhmədinejad 10 günlük fasilədən sonra hökumətin iclasında iştirak edib. ETTELAAT rəhbəri Heydər Moslehi iclasa qatılmayıb. Aprelin 17-də Heydər Moslehi tutduğu vəzifədən istefa versə də, ayətullah Əli Xamneyinin göstərişi ilə dərhal öz postuna qaytarılıb.

İran prezidenti Mahmud Əhmədinejad 10 günlük fasilədən sonra hökumətin iclasında iştirak edib. ETTELAAT rəhbəri Heydər Moslehi iclasa qatılmayıb.
Aprelin 17-də Heydər Moslehi tutduğu vəzifədən istefa versə də, ayətullah Əli Xamneyinin göstərişi ilə dərhal öz postuna qaytarılıb. Bundan sonra məsələyə aydınlıq gətirən bir sıra saytlar Heydər Moslehinin onunla ixtilafı olan prezidentin təzyiqi ilə istefaya məcbur edildiyini xəbər veriblər.
Aprelin 19-da İranın dini lideri ayətullah Əli Xamneyi Heydər Moslehiyə məktub yazaraq ona dəstək verib.
“Media forum” saytının məlumatına görə, aprelin 30-u axşam saatlarında hökumətin iclasında çıxış edən Əhmədinejad onunla Xamneyi arasında ixtilaf yaranması ilə bağlı dedi-qodu yayanları “riyakar və hiyləgər” adlandırıb: “Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var ki, bunu öz ürəyimdə saxlayacağam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır. İş yerimdə olmadığım bir neçə gündə xaricdə bir qrup riyakar və hiyləgər, ölkə daxilində isə bir qrup cahil və qərəzli şəxs toy-bayram etməyə çalışdılar. Mənim onlara cavab vermək fikrim yoxdur. Son 5 il yarımda prezident postunda olduğum müddətdə gecə-gündüz eşq və imanla xalqa xidmət göstərmiş, bütün vücudumla “Vilayət-i fəqih”in (ayətullah Xamneyinin) istiqamətində hərəkət etmişəm. Hesab edirəm ki, prezident güclü olmalıdır. Güclü prezident həm rəhbərin, həm də xalqın başını uca edə, hər bir təzyiq qarısında dayanıb ölkəni təhlükədən müdafiə edə bilər”.

Saytın digər məlumatında isə deyilir ki, bir neçə gün əvvəl İranın kəşfiyyat naziri (ETTELAAT-ın rəhbəri) vəzifəsinə gətiriləcəyi deyilən, İran prezidenti Mahmud Əhmədinejad hökumətinin mədəniyyət komissiyasının rəhbəri Abbas Əmirifər həbs olunub. ETTELAAT əməkdaşları mayın 1-də axşam saatlarında Abbas Əmirifəri mənzilindən aparıblar.
Abbas Əmirifər İranın Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin ən yaxın adamlarından biri kimi tanınır.
Abbas Əmirifərin niyə tutulduğu haqda məlumat yoxdur. Mahmud Əhmədinejadın onu ETTELAAT-ın rəhbəri təyin etmək istədiyi xəbərini bir neçə gün əvvəl bəzi İran saytları yaymışdı.

XS
SM
MD
LG