Accessibility links

Həmid Karzay koalisiya qüvvələrini Pakistanda daha güclü addımlar atmağa çağırıb


O, belə bir addımın nə üçün atılmadığını sual edib

Əfqanıstan prezidenti Həmid Karzay bildirib ki, müttəfiqlər Pakistanda terrorçu sığınacaqlarına qarşı daha sərt addımlar atmalıdır. Cənab Karzayın sözlərinə görə, Əfqanıstandan kənarda yalnız koalisiya qüvvələri yaraqlıların qarşısını almaq qabiliyyətinə malikdir. O, belə bir addımın nə üçün atılmadığını sual edib. Bu həftənin əvvəli nəşr olunan ABŞ məxfi kəşfiyyat hesabatı Əfqanıstan Talibanı ilə Pakistan kəşfiyyat agentliyi arasında əlaqələrin olduğunu ehtimal edib. Pakistan belə bir iddianə rədd edib. Cənab Karzay sənədlər tam nəzərdən keçirilməsinə göstəriş verdiyini bildirib.

XS
SM
MD
LG