Accessibility links

Həmid Karzay:İndi əfqanların gündəlik həyatından çəkilmək vaxtıdır


Həmid Karzay:İndi əfqanların gündəlik həyatından çəkilmək vaxtıdır
Həmid Karzay:İndi əfqanların gündəlik həyatından çəkilmək vaxtıdır

Washington Post qəzetinin yazdığına görə, Əfqanıstan prezidenti Amerikanın hərbi əməliyyatlarda iştirakını azaltmaq istəyir. Qəzetə müsahibə verən Həmid Karzay ABŞ-ın əfqanları hiddətləndirən gecə reydlərinin də dayandırılmasını istədiyini deyib. Cənab Karzay bunun bəzilərinin Talibanı dəstəkləməyə vadar etdiyini bildirib. Əfqanıstan prezidenti deyib ki, indi əfqanların gündəlik həyatından çəkilmək vaxtıdır. Belə ki, onlar Amerika əsgərlərini evlərində, kücələrdə isə zirehli maşınları görməkdən yorulublar. Həmid Karzay əfqan qüvvələrinin məsuliyyəti üzərinə götürməyə qadir olduğunu deyib. Əfqanıstanın dövlət başçısı bu açıq müraciətinin ABŞ-Əfqanıstan əlaqələrinin yaxşılaşmasına xidmət edəcəyinə ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG