Accessibility links

Dünən Oskar mükafatı laureatı, aktyor Filip Seymur Hoffmenın cəsədi onun Nyu-York şəhərindəki mənzilində tapılıb. 46 yaşlı aktyorun narkotik maddədən yüksək dozada istifadə etdiyi ehtimal olunur.

Filip Seymur Hoffmenin dostlarından biri polisə zəng etdikdən sonra polis aktyorun Manhattandakı evinə getdiyini deyib.

Associated Press və Nyu-York Times hüquq-mühafizə orqanlarına istinadən təhqiqatçıların Hoffmenin qoluna sancılmış iynə və içərisində heroin olduğu ehtimal edilən zərf aşkarladıqlarını yazıb. Məlumat rəsmən təsdiqlənməyib.

2005-ci ildə bioqrafik Kapot filmində Truman Kapot roluna görə Hoffmen ən yaxşı aktyor kateqoriasında Oskar və Qızıl Qlobus mükafatlarının qalibi olub.

O, həmçinin, ən yaxşı tərəfmüqabili kateqoriyasında üç dəfə Oskar mükafatına nominasiya edilib. Hoffmen Brodvey səhnəsində ifa etdiyi rola görə Tony mükafatına nominasiya edilib.

Hoffmen illərdir keçmişdə narkotik maddəyə alüdəçiliklə necə mübarizə apardığı barədə səmimi danışırdı. Ötən il müsahibəsində aktyor heroin problemi ilə mübarizə apardığını və reabilitasiya mərkəzində müalicə olunduğunu demişdi.
XS
SM
MD
LG