Accessibility links

Taleh Bağırzadə 20, Fuad Qəhrəmanlı 10 il azadlıqdan məhrum edildilər [Videolar]


Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə 20 il, onun müavini Abbas Hüseynov 20 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev 10 il azadlıqdan məhrum edilib. Bu barədə Amerikanın Səsinin məhkəmənin qarşısında olan müxbiri xəbər verib.

Hökmün oxunuşu 5 saat davam edib.

Dövlət ittihamçısı məhkəmədən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadəyə ömürlük, onun müavini Abbas Hüseynova 20, Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, Ramin Yariyevə 10, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11, qalanlarına isə 15 il həbs cəzası istəmişdi.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə - konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və b. ittiham olunur.

Məhkəmə qarşısına çıxarılan şəxslər ittihamları qəbul etmir və sifariş olduğunu bildirir.

XS
SM
MD
LG