Accessibility links

Məhkəmə AXCP sədri Əli Kərimlinin qaynına 7,6 ay həbs cəzası verib


 AXCP sədri Əli Kərimlinin qaynına hökm oxunub
AXCP sədri Əli Kərimlinin qaynına hökm oxunub

AXCP sədrinin qaynı Elnur Seyidovun vəkili məhkəmənin hökmünü siyasi sifariş hesab edir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim RamellaAllahverdiyevanın sədrliyi ilə “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədrinin qaynı Elnur Seyidov və digərlərinin cinayət işi üzrə hökm oxunub.

Məhkəmədən Amerikanın Səsinə verilən məlumata görəHökmə əsasən, Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan digər şəxslər 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verib. N. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə məhkəmə şərti cəza təyin edib.
Nicat Abdullayev barəsində seçilmiş qəti imkan tədbiri ləğv edilərək məhkəmə zalında həbsə alınıb.

Elnur Seyidovun vəkili Əsabəli Mustafayev məhkəmə hökmünü ədalətsiz və əsassız adlandirib.

O, qeyd edib ki, məhkəmə istintaqının gedişində E.Seyidovun təqsirsizliyi sübut olunub. Bununla da vəkil məhkəmənin ədalətli hökm verəcəyinə ümidli olub.
Vəkil hesab edir ki, Elnur Seyidovun həbsi siyasi sifarişlidir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG