Accessibility links

Bakı meriyasının qapısını yandırmaqda təqsirləndirilən dindarlara hökm oxunub


Bakı meriyasının qapısını yandırmaqda təqsirləndirilən dindarlara hökm oxunub

Bakı meriyasının qapısını yandırmaqda təqsirləndirilən dindarlara hökm oxunub

Onların hər ikisi 4,6 ay azadlıqdan məhrum edilib

Bu gün Səbael rayon məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qapısını yandırmağa cəhddə təqsirləndirilən dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərova hökm oxunub.

Amerikanın Səsinin məlumatına görə məhkəmə hər iki dindarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib.

Onlar cinayət məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla,partlatmaqla və s) ittiham olunublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə onlar Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmağa cəhddə, özgə əmlakını qəsdən məhvetmə və zədələmədə ittiham olunurlar.

Məlumatda o da qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb.

Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

.
XS
SM
MD
LG