Accessibility links

“Eurovision işi”ndə təqsirləndirilənlərə hökm oxunub [Video]


“Eurovision işi”ndə təqsirləndirilənlərə hökm oxunub
“Eurovision işi”ndə təqsirləndirilənlərə hökm oxunub

“Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev 10 il həbs cəzası alıb

Dekabrın 9-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Eurovision-2012” mahnı müsabiqəsinə etiraz etməkdə ittiham olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov, Valeh Abdullayevin cinayət işi üzrə məhkəmə hökm çıxarıb.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə Nicat Əliyev 10 il, Elvin Nəzərov 9 il, Ceyhun Səfərli 9 il, Qorxmaz Camalov 7 il, Samir Hüseynov 6 il, Emin Tofiqi 7 il, Temirxan Hüseynov 7il, Əli Əliyev 4 il, Səfər Məmmədov 3 il 4 ay, Valeh Abdullayev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Əli Əliyev, Səfər Məmmədov və Valeh Abdullayev zamində olduqlarına görə məhkəmə zalından həbs ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada;

bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunur.

Təqsirləndirilən şəxslərin vəkilləri ittihamları əsassız hesab edirlər.

Nicat Əliyevin vəkili Yalçın İmanovun sözlərinə görə bu şəxslər ifadə azadlığına görə həbs olunublar.

O Hökmdən yaxın zamanlarda apellyasiya şikayəti veriləcəyini də istisna etməyib.

“Eurovision işi”ndə təqsirləndirilənlərə hökm oxunub
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG