Accessibility links

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Ceh Conson paytaxt Vaşinqtonda və ölkənin başqa böyük şəhərlərindəki hökumət bunalarında təhlükəsizlik tədbirləri gücləndirilməsi haqda göstəriş verib.

Conson xüsusi təhlükənin nədən ibarət olduğu haqda bir söz deməyib və təhlükəsizlik tədbirlərinin bir yerdən başqa yerə gücləndiriləcəyini bildirib.

Terrorçu qruplar Birləşmiş Ştatların daxilində, xüsusilə hüquq-mühafizə orqanlarının və digər hökumət rəsmilərinin hədəf alındığı hücumlar keçirməyə çağırıb.

Ceh Conson keçən həftə Kanada parlamentdə hücum da daxil olmaqla, dünyanın bir sıra yerlərində baş vermiş hadisələr ABŞ-ın hökumət binalarının qorunması işində yüksək ayıqlıq göstərilməli olduğunu tələb edir.

ABŞ rəsmiləri ekstremist ideologiyanın təsirinə məruz qalmış, lakin heç bir məlum terrorçu qrupla əlaqəsi olmayan təkbaşına fəaliyyət göstərən terrorçular tərəfindən mümkün hücumlarla bağlı narahatlıqlarını bildiriblər.

XS
SM
MD
LG