Accessibility links

Hökumət paneli sağlam kişilər üçün prostat yoxlamasını lazım bilmir


ABŞ hökumət paneli sağlam kişilərin prostat xərçəngi ilə bağlı yoxlamadan keçməsini məsləhət bilmir.

ABŞ səhiyyə rəsmilərinə tövsiyə verən Qabaqlayıcı Xidmət üzrə İşçi Qüvvəsi deyir ki, PSA adlanan qan testi sağlam kişilərə xeyirdən çox ziyan gətirir.

Məsləhətçilərin bildirdiyinə görə yoxlama kiçik şişləri xərçəngə çevrilən təhlükəli şişlərdən ayırd edə bilmir. Bunun nəticəsi paraq bir çox kişilər lazım olmayan müaliəcələrə salınırlar ki, bu, onların səhhətinə ziyan vurur.

Bəzi uroloqlar panelin tövsiyələri ilə qəti şəkildə razılaşmır.

XS
SM
MD
LG