Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

İranın universitetlərində tədris ili başlayıb, lakin bir çox tələbə bu semesterdə siyasi səbəblər üzündən dərslərdə iştirak etməyəcək. Onlarla tələbə həbsxanadadırlar. Hökumətin bəzi tənqidçiləri Evin həbsxanasını Evin universiteti adlandırır. Çünki bu zindanda adətən tələbələri, jurnalistləri, ziyalıları və fikirlərini dinc yolla ifadə edənləri saxlayırlar. İnsan hüquqları təşkilatları tələbələrin hüquqlarını müdafiə edirlər. Amnesty International təşkilatı İran hökumətini siyasi, ya da insan hüquqları fəallarını qeyri şərtsiz və dərhal azad etməyə səsləyib. Təşkilat xüsusilə tələbələrin lideri və İranın ən böyük tələbə təşkilatı olan Dəftəre Təhkime Vəhdətin üzvü Məcid Təvəkkülini həbsdən azad etməyə çağırır. Bu təşkilat siyasi islahatların həyata keçirilməsini tələb edir və insan hüquqlarının tapdalanmasına qarşıdır. Məcid Təvəkkülü 8 il yarım azadlıqdan məhrum edilib, mərkəzi komitənin üzvü Bahare Hidayet və Milad Əsədi 9 və 7 il həbs cəzasına məhkum olunublar. İranda insan hüquqları üçün beynəlxaq miqyasda kampaniya aparan təşklilat Advare Təhkime Vəhdətin 5 tələbə liderinin həbsdən azad olmasını və məhbusların mühakimələrini və işkəncələrə məruz qalmaları barədə araşdırma aparılmasını tələb edir. Bu beş liderin sırasına bu yaxınlarda Hamburqda Qızıl qələm azadlıq mükafatına layiq görülən Əhməd Zeydabadi, sentyabr ayında İranın Ali dini rəhbərinə məktub yazan və mükafatın sözçüsü Abdullah Mömeni, 4 il həbs cəzasına məhkum olan və həbsdə işkəncələrə məruz qaldığı barədə ailəsinə məktub yazan Əli Malihi, avqust ayında həbs edilən Əli Cəmali və Əsədi Zeydabadi daxildir. Birləşmiş Ştatlar Dövlət Katibi Hillari Klinton bu yaxınlarda deyib ki, Birləşmiş Ştatlar İranda insan hüquqlarının bərbad vəziyyətindən danışmaq barədə öhdəlik götürüb. Xanım Klinton İran rejimini tələbələr də daxil olmaqla bütün siyasi məhbusları azad etməyə səsləyib. O, habelə İran hökumətini insan hüquqlarının pozulmasının qarşısını almaq üçün addımlar atmağa və vətəndaşlarının azadlığına və universal hüquqlarına hörmət etməyə çağırıb.

XS
SM
MD
LG