Accessibility links

Hollivudda müstəqil kinorejissorlardan biri kiçik büdcəli filmlər üçün bazarın yarandığını bildirib


Hollivudda müstəqil kinorejissorlardan biri kiçik büdcəli filmlər üçün bazarın yarandığını bildirib
Hollivudda müstəqil kinorejissorlardan biri kiçik büdcəli filmlər üçün bazarın yarandığını bildirib

İnsanlar mürəkkəb iqtisadi dövrdə əyləncəyə üz tuturlar və buna görə də Hollivud böhrana davamlı hesab edilirdi

İnsanlar mürəkkəb iqtisadi dövrdə əyləncəyə üz tuturlar və buna görə də Hollivud böhrana davamlı hesab edilirdi. Lakin əsas studiyalar gəlir əldə etmək üçün mübarizə aparırlar və bəziləri film çəkiliş bölmələrini məhdudlaşdırır. Müstəqil kinorejissorlardan biri kiçik büdcəli filmlər üçün bazarın yarandığını bildirib. Bu yaxınlarda efirə çıxacaq Behind Your Eyes adlı film psixoloji triller janrında çəkilib. Film müstəqil kiçik Vesuvio Entertainment şirkəti tərəfindən yaradılıb. İcraçı prodüser Qreq Sims bildirib ki, az büdcəli keyfiyyətli filmlər artmaqda olan bazar aşkar edir. Qreq Sims: İndi insanlar deyirlər ki, bu daha cazibədar biznesdir. Bütün biznes modeli dəyişməkdədir və bir neçə istisnalar olmaqla, daha böyük filmlər artiq yaxşı gəlir gətirmir. İstisnalar elmi-fantastik janrda böyük studiyada çəkilmiş Avatar kimi blokbasterləridir. Bu film dünya üzrə iki milyard yarımdan çox gəlir gətirib. Lakin bu filmi çəkmək üçün yüz milyonlarla dollar xərclənib və bu cür filmləri bu günlər çox az sayda prodüser maliyyələşdirə bilər. Sims 1990-cı ildə işıq üzü görmüş “Red Surf” filmindəki kimi ümidverici gənc aktyorlar, həyəcan və hərəkət dolu səhnələrdən istifadə edir. Bu film gənc Corc Klunini və rok ulduzu Ceni Simmonsu məhşur etdi. Prodüser deyir ki, bu bir qrup tamaşaçıya həsr olunmuş klassik və gəlir gətirən bir film oldu. Vahimə janrı kiçik büdcə ilə çəkilə bilən film janrlarından daha biridir. 1997-ci ildə Sims “Touch Me” filmi ilə yeni romansı sınaqdan keçirdi. O, yeni rəqəmsal texnologiyanın xərci azaltmağa kömək etdiyini bildirib. Qreq Sims: İndi görürük ki, milyon yarım və ya iki milyon dollar dəyərində film çəkənlər sərf etdikləri büdcənin əvəzini əldə edə bilmirlər. Və çox sayda filmlərin yüz min, iki yüz min, dörd-yüz min dollara çəkilməsinin şahidi oluruq. O deyir ki, bunun yolu keyfiyyətli çəkiliş və reklam, bir də filmin bölgələrə paylanılmasına nəzarətdir. Qreq Sims: Mənim işim zirək olaraq bazar iqtisadiyyatındakı dəyişikliklərə uyğun hərəkət etməkdir. Bu dəyişikliklər hər il deyil, hər saat baş verir. O, “Behind Your Eyes” kimi filmlərin DVD satışı, rəqəmsal yükləmə və beynəlxalq yayım yolları ilə gəlir əldə edə bildiyini deyir.

XS
SM
MD
LG