Accessibility links

Fransa prezidenti Yunanıstanın Avropanın valyuta birliyində qalmalı olduğunu deyib. Bu gün Yunanıstanın baş naziri Antonis Samarasla Parisdə görüşən Fransua Holland bildirib ki,
Yunanıstan iqtisadi dirçəliş planlarının etibarlılığını nümayiş etdirməlidir.

Samaras isə ölkəsinin avro valyutasından istifadəni davam etdirəcəyini, lakin iqtisadi dirçəliş və gəlirləri artırmaq məqsədilə xərclərin azaldılması, habelə islahatların aparılması üçün əlavə vaxta ehtiyac olduğunu deyib.

Paris görüşü Yunanıstanın baş naziri Antonis Samarasın Almaniya kansleri Angela Merkellə Berlin müzakirələrindən sonra təşkil edilib.

Həm Almaniya, həm də Fransa Yunanıstanın avroməkanda qalmasını istəyir.

Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Avropanın Mərkəzi Bankı Yunanıstanda inkişaflarla bağlı hesabat hazırlayacaq.
XS
SM
MD
LG