Accessibility links

Hollandiya qüvvələri Əfqanıstandan çıxdı


Hollandiya qüvvələri Əfqanıstandan çıxdı

Hollandiya qüvvələri Əfqanıstandan çıxdı

Missiya zamanı 24 holland əsgər həlak olub

ABŞ-ın ali hərbi zabiti deyir ki, Wikileaks veb səhifəsinin Birləşmiş Ştatların Əfqanıstan müharibəsi barədə sənədlərini açıqlayan yazısı koalisiya qüvvələrinin və əfqan vətəndaşlarının həyatını risk qarşısında qoyur. ABŞ-ın Birgə Qərargahlar rəisi Admiral Maykl Mallen bu gün deyib ki, buna səbəb Taliban yaraqlılarının Koalisiya qüvvələri üçün informator kimi çalışan əfqan adlarını oradan götürməsi ehtimalıdır. Bu arada Hollandiyanın Əfqanıstandakı son qüvvələri də ölkəni tərk etmək üzrədir. Ölkənin əsgərləri 4 ildir ki Uruzqan vilayətində yaraqlılarla mübarizə aparırdı. Onların yerini Amerika, Avstraliya, Slovak və Sinqapur qüvvələri tutacaq. Missiya zamanı 24 holland əsgər həlak olub.

XS
SM
MD
LG