Accessibility links

Hollandiya və İspaniya ilk dəfə olaraq futbol üzrə dünya çempionu olmağa namizəddir


Hollandiya və İspaniya ilk dəfə olaraq futbol üzrə dünya çempionu olmağa namizəddir
Hollandiya və İspaniya ilk dəfə olaraq futbol üzrə dünya çempionu olmağa namizəddir

Üçüncü yer uğrunda oyunda isə Port Elizabetdə keçirilən oyunda Almaniya iki dəfə dünya çempionu olmuş Uruqvayı sınağa çəkəcək

Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının qalibi adını qazanmağa İspaniya və Hollandiya komandaları namizəddirlər. Hər iki komanda bazar günü keçiriləcək final oyununda qalib gəlməklə tarixində ilk dəfə olaraq dünya çempionu ola bilər. Afrikada keçirilən ilk Dünya Kubokuna iyulun 11-də Yohannesburq şəhərindəki Soccer Sity stadionunda keçirilən oyunla yekun vurulacaq. Bu günədək Hollandiya ilə İspaniya arasında keçirilən 8 oyunun 4-də hollandlar, 3-də ispanlar qalib gəlib, bir oyun isə heç-heçə nəticələnib. Üçüncü yer uğrunda oyunda isə Port Elizabetdə keçirilən oyunda Almaniya iki dəfə dünya çempionu olmuş Uruqvayı sınağa çəkəcək. Qeyd edək ki, yarımfinal oyunlarında İspaniya Almaniyanı 1-0, Hollandiya isə Uruqvayı 3-2 hesabı ilə məğlub edərək finala yüksəlmişdilər.

XS
SM
MD
LG