Accessibility links

Hollandiyanın fövqəladə hallar xidmətinin bildirdiyinə görə, sərnişin qatarının qaldırıcı krana dəyib relsdən çıxması nəticəsində baş vermiş qəzada bir nəfər ölüb, bir neçə sərnişin xəsarət alıb.

Çərşənbə axşamı baş vermiş hadisə zaman qatarın dörd vaqonu aşıb.

Yerli təhlükəsizlik xidməti bir nəfərin öldüyünü, bir neçə başqa şəxsin isə yaralandığını təsdiqləyib, ancaq bundan əlavə heç bir məlumat verməyib.

Şəhərin meri Han Noted Hollandiyanın NOS yayım şirkətinə qatarda sərnişinlərin sayının çox olmadığını bildirib.

Hadisə Amsterdamdan 125 kilometr uzaqlıqda yerləşən Dalsfen şəhəri yaxınlığında baş verib.

Müstəntiqlər qəzanın səbəbini araşdırmaq üçün hadisə yerinə yollanıb.

Qatar Almaniyanın Deutsche Bahn şirkətinin filialı olan Arriva tərəfindən idarə olunub.

XS
SM
MD
LG