Accessibility links

Hollandiyada təyyarə qaçırılması qorxusu yaşanıb


Pilotla nəzarət qülləsi arasında əlaqə kəsildikdən sonra təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib

Hollandiya hərbi polisinin verdiyi məlumata görə, Amsterdama enən təyyarə təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Lakin təyyarənin qaçırılması haqda xəbər yanlış çıxıb.

Qərb xəbər agentlikləri İspaniyanın Vueling hava yollarına istinadən bildiriblər ki, təhlükəsizlik həyəcanı təyyarə pilotu ilə Skipol hava limanının nəzarət qülləsi arasında əlaqə kəsildiyi üçün baş verib.

Hollandiya hərbi polisinin mətbuat katibi bildirib ki, təyyarə qaçırılması təhlükəsinə olduğu üçün təyyarə endikdən dərhal sonra təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb.

Amsterdama enan təyyarə İspaniyanın Malaqa şəhərindən səmaya qalxıb.
XS
SM
MD
LG