Accessibility links

İkinci Dünya Müharibəsinin başlamasını elan edən jurnalist vəfat edib


İkinci Dünya Müharibəsinin başlamasını elan edən britaniyalı veteran jurnalist Kleyr Hollinqvort dünən Honq Konqda vəfat edib. Onun 105 yaşı var idi.

1939-cu ildə Britaniyanın The Daily Telegraph qəzetində çalışan 27 yaşlı Hollinqvort avqustun 28-də təsadüfən alman qoşunları və zirehli maşınlarının Polşa ilə sərhəddə, vadidə gizləndiyini görür və bu haqda məlumat verir. Onun reportajı “Əsrin senasiyası” adını qazanır.

Üç gün sonra Hollinqvort Almaniyanın Polşanı işğal etdiyi barədə məlumat göndərir.

Müxbir kimi işlədiyi dövrdə Hollinqvort müharibə zonalarından məlumat vermək üçün Vyetnam, Əlcəzair, Yaxın Şərq, Hindistan və Pakistana səfərlər edib, eləcə də Çində mədəni inqilabı işıqlandırıb.

XS
SM
MD
LG