Accessibility links

Dostlardan biri o birinin həyat yoldaşını məşuqu ilə görür

Vins Voun və Kevin Ceyms yeni `The Dilemma` filmində həm yaxın dost, həm də iş yoldaşlarıdır. Lakin filmin sujetinə əsasən, dostlar xokkey oyunundan uzun müddət həzz ala bilmir.

Vins Voun: Onlar iki çox yaxın dostdurlar. Dostlardan biri o birinin həyat yoldaşını məşuqu ilə görür. Belə olan halda, əlbəttə bunu dostuna deməlisən, amma necə. Dilemma-da` elə bundadır.

Rejissor Ron Havard bu suala cavab tapmağa kömək edir. O, həyatda baş verən belə bir problemi yumorla həll etməyə çalışır. Kədər və ağrını yumora çevirmək lazım olanda isə Voun və Ceyms Hollivudda bu işin ustası kimi tanınr. Ron Havard: O hədsiz dərəcədə məyus və həssas olan zaman son dərəcədə gülməli ola bilir. Tamaşaçı aktyorların filmdə çətinliklərlə üzləşməsindən həzz alır, eyni zamanda onların mərhəmətini dəyərləndirir.

Hollivud Filmləri: The Dilemma

Hollivud Filmləri: The Dilemma

Hərdən həyatda dilemma bir balaca improvizasiya tələb edir və Ceymsin komediya ustası kimi təcrübəsi ilə Vounun durmadan danışması tamaşaçının gözləntilərini doğruldur.

Kevin Ceyms: Mənim yaratdığım obraz elə bil relsdən çıxır, rodeoda olduğu kimi o da səkkiz saniyə öküzün üstündə qalmalıdır.

Yaxın dostuna kömək etmək istəyən Voun dilemmanı həll etmək üçün hər şeyə hazırdır.

`The Dilemma` filmindən fraqmentlər:

`The Dilemma` filmindən fraqmentlər:

XS
SM
MD
LG