Accessibility links


Los Anceles məhkəməsi bildirib ki, 1981-ci ilin noyabr ayında Sakit okeanı sularından çıxarılarkən Hollivud aktrisası Natali Vudun cəsədi üzərində aşkar edilmiş yara izləri onun suda boğulmasından əvvəl baş verib.

Natali Vud dövrünün ən məşhur aktrisalarından biri idi. Kaliforniyanın cənub sahilində okeana çıxan yaxtada TV ulduz olan həyat yoldaşı Robert Vaqner, aktyor Kristofer Valken və yaxtanın kapitanı ilə bərabər olan 43 yaşlı aktrisa naməlum səbəblər üzündən suya düşüb.

Natali Vudun ölümü bütün dünyanı sarsıtmış və Hollivudun açılmayan sirlərindən biri kimi yadda qalmışdır.

Aktrisanın o zaman təsadüfən suya düşüb böğulduğu haqda nəticə çıxarılmışdı. Lakin müstəntiqlər 2011-ci ildə yenidən təhqiqat açmışlar.

Ötən il rəsmilər onun ölümünə suda boğulma və digər müəyyən edilməyən faktorların səbəb olduğu haqda nəticəni dəyişib, lakin bunun nə üçün edildiyi haqda izahat verməyiblər.

Rəsmilər eyni zamanda, işlə əlaqədar əldə edilə bilən hər hansı bir dəlillə bağlı da açıqlama verməyib. Onlar nə Vaqner, nə də Valkenin Natali Vudun ölümündə şübhəli qismində iştirak etmədiyini bildirib.

Natali Vud "West Side Story," "Rebel Without a Cause," və "Splendor in the Grass." kimi filmlərdə çəkilib.
XS
SM
MD
LG