Accessibility links

Hollivud söz-söhbətləri: (video)


Hollivud söz-söhbətləri: (video)
Hollivud söz-söhbətləri: (video)

Kim Kardaşyan deyəsən nəhayət ki, bir qərara gəlmək istəyir

Ledi Qaqa pərəstişkarlarının sayı hamıdan çoxdur. Amma deyəsən o, həyatının sonunadək tək qalacaq. Pop ulduzu əvvəldə yaxşı başlamış, amma sonda iflasa uğramış bir sıra eşq macaraları yaşadığını deyib.

Yazıq Ris Viterspun un başına yenə də iş gəlib. Aktrisanın kiçik barmağı zədələnib. Amma bu dəfə o, xəstəxanaya getməyib. Bu ilin əvvəlində aktrisa qaçarkən onu avtomobil vurmuşdu.

Hollivud söz-söhbətləri: (video)
Hollivud söz-söhbətləri: (video)

Bu ilin əvvəlində Kim Kardaşyanın növbəti eşq macarası bitdikdən sonra məşhur deyəsən dəyişib. 31 yaşlı sosial ulduz heç vaxt ana olmayacağından qorxur. Ona görə də kişilər haqda real düşünməyə başlamaq fikrindədir. Görəsən Kardaşyan indiyədək kişilər haqda nə düşünürdü?

Harry Potter silsilə filminin ulduzu Rupert Qrint qadınlara inanmaqda çətinlik çəkdiyini deyir. Ona görə ki, o, şöhrətli və uğurludur və ehtiyat edir ki, qadınlar onun özünə yox, şöhrətinə və puluna vurulmuş olsunlar. Aktyor hal-hazırda heç kimlə görüşmür, özü də xoşbəxtdir.

XS
SM
MD
LG