Accessibility links

Hollivud film studiyalarının Avstraliya internet şirkətini məhkəməyə vermə cəhdi boşa çıxıb (audio)


Hollivudun böyük film studiyalarının bəzisinin qanunsuz video yükləmələrinin qarşısını almaq məqsədilə Avstraliya internet şirkətini məhəkəməyə vermə cəhti boşa çıxıb. Beynəlxalq və Avstraliya şirkətlərindən ibarət bir qrup ehtimal edir ki, Pert şəhərində qərərgahlanan iiNet şirkəti qrupun müəllif hüququnu pozaraq müştərilərinə film və televiziya proqramlarını qanunsuz yolla yükləmələrinə şərait yaradıb. Avstraliya Ali məhkəməsi qrupun şirkətə qarşı irəli sürdüyü itthamların əleyhinə qərar çıxarıb.

Warner Qardaşları, Disney və 20-ci Əsr Fox şirkətləri də daxil olmaqla, 34 Amerika və Avstraliya film, televiziya və musiqi şirkətləri tərəfindən irəli sürülən ittihamlar internet xidməti göstərən şirkətlərin pirat yazısına qarşı mübarizə aparmalarına iddialı cəhdi kimi qarşılanıb. Əyləncə sənayesi iddia edir ki, Avstraliyanın üçüncü ən böyük internet xidmət göstəricisi, iiNet müştərilərinin qanunsuz video yükləmələrinə görə cəzalandırılmalıdır. 2011-cu ildə Avstraliyanın Federal məhkəməsi bildirib ki, iiNet kimi şirkətlər internetdə qanunsuz yükləmələrə görə məsuliyyət daşımır.

2010-cu il məhkəməsi müştərilərinin müəllif hüququnu pozmalarına internet xidmət göstəricisinin məsuliyyət daşıyıb-daşımadığını nəzərdən keçirən ilk məhkəmə olub. Lakin Avstraliya Federasiyasının müəllif hüquqlarına dair təşkilatı təkidlə internet xidməti göstəricilərinin internetdə materialların oğurlanmasına məhəl qoymamaqlarına şərait yaradan təhlükəli bir presidentə dair hökm çıxarıb. Qrupun apelyasiyası Avstraliya Ali məhəkəməsi tərəfindən rədd edilib. Lakin qrupun direktoru Nil Qeyn yaxın zamanda müəllif hüquqlarının oğurlanmasına qarşı daha sərt qərarların çıxarılacağına ümid edir.

Nil Qeyn: “Məhkəmənin son qərarından çox narazıyıq. Ali məhkəmədə hakimlər ölkə boyu geniş yayılmış müəllif hüququnun oğurluğu ilə mübarizə üçün yekdilliklə qanunvericilikdə dəyişikliyə dair razılıq əldə edib.”

Qlobal film və televiziya sənayesi indi internet istifadəçilərinə qanunsuz yüklənmiş video materiallara baxmağa yardım edən “software” yaradıcıları kimi başqa sahələri də hədəf almağa çalışır.

iiNet şirkətinin rəhbəri Maykl Malon müəllif hüququnu müdafiə etməyin yeganə yolunun qanuni filmlərin internetdə daha ucuz qiymətə və daha tez vaxtda yayılmasında gördüyünü deyir.

XS
SM
MD
LG