Accessibility links

Hollivud tarixi hərraca çıxarılır [Video]


Bu ay Hollivud tarixi hərraca çıxarılır və bu hərrac dünyanın hər yerindən insanları özünə cəlb edir. Buradakı hərrac idman yarışlarındakı ab-havanı xatırladır. Hərracın keçirildiyi otağa və otağın ətrafına dünyanın hər yerindən insanlar toplaşıblar. Onlar Hollivud tarixindən bir parça əldə etmək istəyirlər, məsələn, Merlin Monronun imitasiya brilyant sırğaları.

Burada aktrisanın paltarları və biqudiləri də var. Burada hətta preziden Con. Kennedinin Nyu-Yorkun Medison bağında keçirdiyi ad gününə dəvətnamə də var. Həmin gecə aktrisa prezident üçün mahnı da oxumuşdu.

“Culian” hərracından Martin Nolan deyir ki, buradakı əşyaları almaqla pərəstişkarlar özlərini ulduzlara yaxın hiss edirlər. “İnsanlar çox həssasdırlar. Əgər məşhurlarla görüşə bilmirlərsə, heç olmasa onlara aid olan nəsə əldə etmək istəyirlər.

Burada siyasətçilərin də tarixi əşyalarını görmək olar: 1994-cü il, Cənubi Afrikada Nelson Mandela prezident seçilən vaxtın seçki bülleteni.

19-cu əsrdə kölədən quldarlığa qarşı mübarizə çevrilmiş Frederik Duqlas tərəfindən imzalanan sənəd, və yaxud da depressiya dövrünün prezident Franklin Ruzveltin imzası.

Lakin buradakı əşyalar əsasən Hollivuddandır. Məsələn, özünün xeyriyyəçiliyi ilə məşhur olan aktyor Devid Hasselhof. O, 1980-ci illərdə ifa etdiyi Knight Rider, Baywatch? Sponge Bob Square Pants kimi şoulardan olan suvenirləri satır.
“Bu əşyalar daha istifadə olunmur. Bunlar mənim evimdə yığışıb qalıb. Bu isə mənim ən çox sevdiyim fiqurdur. “Sponge Bob”-dan 3.6 metr hündürlüyü, 340 kq çəkisi, mənim fiqurum.”

Bu hərracda sehrbaz Harri Hudininin qandalları və Kung Fu ustası Brus-Linin təlimlərdə istifadə etdiyi idman ləvazimatı da var.

Restoran və bar sahibi Daniel Nelson buradan evi və biznesi üçün əşyalar seçir.
“Burada vaxtikən itmiş və indi üzə çıxmış əşyaları almaq nadir fürsətdir.”

Martin Nolan kinosevərlərdən tutumuş, muzey həvəskarlarına qədər buraya müxtəlif alıcıların gəldiyini deyir. Bəziləri isə buradan aldıqları əşyaları gələcəkdə baha qiymətə satmaq ümidi ilə gəlir.
XS
SM
MD
LG