Accessibility links

Məşhur aktrisa Riz Vizerspun ərini müdafiə etdiyinə görə həbs edilib [Fotoqalereya]


Ris Vizerspun Atlanta Citinin həbsxanasına gətirilib. Vizerspunun həyat yoldaşı sərxoş vəziyyətdə avtomobil idarə edən zaman polis tərəfindən saxlanıb. Məsələyə müdaxilə edən Vizerspun polislə davranışına görə həbs edilib. Corcia Ştatının polis işçisi aktrisanı qandallayır. Görəsən polis onun məşhur aktrisa olduğunu bilirmi?

Aktrisanın həyat yoldaşı Cim Tot Walgreens mağazasının avtoparkında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə polis tərəfindən saxlanılır. Riz isə məsələyə müdaxilə edib. O, deyilənə görə polisdən onun kim olduğunu bilib-bilmədiyini soruşub. Riz daha sonra polisə bu hərəkətinə görə onun xəbərlərdə göstəriləcəyini deyib.

Hadisədən sonra baş verənlərə aydınlıq gətirən Riz cəmi bir spirtli içki içdiyini və hərəkətlərindən utandığını deyib. Onun qolu qandallı həbs edilərək polis avtomobilinə aparılarkən artistik etmədiyi aydın görünür. Əlbətdə o, bu xoşagəlməz hadisə zamanı videokameraya tuş gəlməsini istəməzdi.
XS
SM
MD
LG