Accessibility links

Riz Vizerspun Atlanta şəhərində kameraya çəkilmiş həbsinə aydınlıq gətirir. Oskar mükafatı qalibi Vizerspun polislə pis rəftarına görə, onun həyat yoldaşı Cim Tot isə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.

Aktrisa Good Morning America verilişində hekayəni tam təfərrüatı ilə nağıl edib. Onun sözlərinə görə o və Cim restoranda bir neçə badə şərab içdikdən sonra avtomobili idarə etməyə qadir olduğundan əmin olaraq sükanın arxasına keçib. Aktrisa Vizerspun polisə qarşı rəftarından utandığını və üzr istədiyini deyib.

Sən demə aktrisa fəxrlə özünün məşhurluq kartını polis zabitinə göstərərək polisdən onun kim olduğunu bilib-bilmədiyini soruşub. Good Morning America-ya müsahibə verən aktrisa polisə hörmətsizlik ehtdiyini və bunun qəbulolunmaz olduğunu etiraf edib.

Ən maraqlısı isə ondadır ki, təşvişə düşən aktrisanın polisə nə söylədiyi yadında belə deyil. Özünü itirən və polisi yayındırmaq istəyən Vizerspun yalandan polisə hətta hamilə olduğunu belə deyib. Hər nə isə …. Aktrisa bu hadisədən bir şeyi öyrəndiyini etiraf edib -`Polis avtomobildən çıxma deyəndə.... polisin sözünə qulaq asmaq lazımdır. Əks təqdirdə taksi çağırın.
XS
SM
MD
LG