Accessibility links

Hollivud və muzeylər [Video]


Hollivud və muzeylər
please wait

No media source currently available

0:00 0:02:41 0:00
Uzun illər film rekvizitləri və pop mədəniyyəti müsafirləri müzeylərə cəlb edib. Məsələn, Smithsonian Milli Muzeyində nümayiş etdirilən “Oz Cadugarı” filmindəki Dorotinin başmaqları ən çox tamaşa edilən ekponatlardandır. Yaxud da 1960-cı illərin “Star Trek” televiziya serialındakı peyk uzun illərdir Hava və Fəza Muzeyində sərgilənir.

Oskar mükafatı almış triller janrındakı “Argo” filmi Kanadanın Tehrandakı səfirliyində gizlənən və kəşfiyyat agenti Toni Mendez tərəfindən hazırlanmış əməliyyat sayəsində xilas edilən 6 amerikalı diplomat haqdadır.

Vaşinqtondakı Beynəlxalq Casusluq muzeyində insanlar “Argo”adlı əməliyyat haqda sənədləri və əsl fotoları görə bilər. Seyson Verden bu muzeyin işçisidir. “Toni Mendez və onun həyat yoldaşı Cina, hər ikisi Beynəlxalq Casusluq Muzeyinin təsisatçısıdır. Onlar bu muzeyə Arqodan təcrübə və tarix gətiriblər. Bu 1979-80-ci illərdə baş verən doğru hekayədir.”

Muzeyin ziyarətçisi Veyn Torsterson Arqo filminə baxdığına və bu muzeydə gördüklərindən məmnun olduğunu deyir.

Casusluq Muzeyindəki başqa filmlə əlaqəli sərgilər “Ekskvizit Şər: Bond Obrazlarının 50 İli” və hitə çevrilmiş casus TV draması olan “Amerikalılar” adlanır. “Bizim eksponatlar yalnız filmləri xarakterizə edən materiallardan ibarət deyil. Bizdə hal-hazırda izlədiyimizə bənzər Soyuq Müharibənin də tarixi var.”

Yaxınlıqdakı Nyuseum muzeyində 2004-cü ilin məşhur komediyası “Aparıcı”filmindən də eksponat nümayiş etdirilir. 1970-ci illədə Ron Burqundini oynayan aktyor Vil Ferel San-Dieqo televiziya kanalının aparıcısıdır və iş yoldaşı qadınla davamlı mübahisədədir.

Muzeyin işçisi Conatan Tomson: “Xəbər agentliyində qadın təkcə 1970-ci illərdə dikriminasiyaya uğramırdı, bu əvvəllər də belə idi. Son 30-40 ildə qadınlar telestudiyalarda böyük yol qət ediblər.”

Vaşinqtondakı Amerika Universitetindən professor Məqi Stoqnerin dediyinə görə, belə filmlər təkcə Hollivuda deyil, muzeylərə də şöhrət gətirir. “Bu, Hollivuda yaratdığı məhsulu yenidən diqqətə çatdırmaq imkanı verir, onların yeni auditoriya kəşf etməsinə şərait yaradır.”

Stoqnerin dediyinə görə, Hollivudla muzeylər arasındakı əməkdaşlıq tamaşaçını cəlb edə biləcək yeni və maraqlı yollar tapılmasına bir nümunədir.
XS
SM
MD
LG